• 19:54

"Qarabağ" növbəti mərhələdə

18 Iyul 2019, 11:38

"Qarabağ" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

 

İnterAz-ın məlumatına görə, Ağdam klubu "Dalğa Arena"da "Partizani"ni qəbul edib.  Tiranadakı ilk matçda qolsuz bərabərliyə razılaşan Qurban Qurbanovun komandası bu dəfə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

 

"Qarabağ"  2-ci  mərhələdə "Riqa" (Latviya) - "Dandolk" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Çempionlar Liqası

 

1-ci təsnifat mərhələsinin cavab oyunu

 

17 iyul

 

21:00. "Qarabağ" (Azərbaycan) - "Partizani" (Albaniya) - 2:0 

 

Qollar: Filip Ozobiç, 51, Dani Kintana, 90+4

 

Hakimlər: Dumitru Muntean, Vladislav Lifçiu, Andrey Bodean, Aleksandru Tean

 

İlk oyun - 0:0

Bakı, "Dalğa Arena"