• 21:32

İqtisadiyyat xəbərləri

  • 12
19 Iyul 2019, 11:31

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,45 ABŞ dolları və yaxud 3,7% azalıb.

 

İnterAz xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,72 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,87% artaraq 1 barelə görə 63,09 dollar təşkil edib.

 

 Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 1,48% artaraq 56,12 dollar təşkil edib.