• 22:05

İran ABŞ və Böyük Britaniyaya cavab verdi

  • 11
20 Iyul 2019, 13:34

Fars körfəzində gərgin anlar yaşanır.İran bir gündə Böyük Britaniya və ABŞ-a cavab verdi

 

Belə ki, İran İslam İnqilabının Keşikçilər Ordusu (Sepah) ölkənin Dəniz Nəqliyyatı və Limanlar İdarəsinin qərarı ilə Britaniyanın "Stena İmpero" neft gəmisini saxlayıb.

 

Britaniyanın Hörmüz boğazından keçən neft gəmisi ötən gün saxlanıldıqdan sonra Bəndər-Abbas sahilinə gətirilib.

 

İranın rəsmi qurumları bildirib ki, gəmi Hörmüzdə dəniz nəqliyyatı qaydalarına məhələ qoymayıb və bir ədəd kiçik ov gəmisi ilə toqquşub. Hadisənin səbəblərinin araşdırılması üçün gəmi göyərtəsində olan 23 xarici vətəndaşla birgə sahilə gətirilib.

Britaniya hökumətinin Fövqəladə hallar komitəsi İranın bu addımından sonra təcili toplantı keçirib.

 

Bundan savayı İran ötən gün "Mesdar" adlı daha bir Britaniya gəmisinin saxlanılması xəbərini təkzib edib. İran bildirib ki bu gəmi saxlanılıb və yoxlanıldıqdan sonra sərbəst buraxılıb.

 

Qeyd edək ki, Britaniya da cari ayın 4-də İranın iki milyon barel civarında neft daşıyan gəmisini Cəbəli-Tariq sahili yaxınlığında saxlamışdı. Britaniya iddia edir ki, bu gəmi Suriyaya neft aparmaqla Avropa Birliyinin rəsmi Dəməşqə qarşı sanksiyalarını pozub.

 

Bu arada  İran Fars Körfəzində üzən ABŞ hərbi gəmilərinin havadan görüntülərini yayıb və bu görüntülərin Trampın iddialarını təkzib etdiyini bildirib.

 

İran İslam İnqilabının Keşikçilər Ordusu Trampın vurulduğu dediyi pilotsuz təyyarəsinin çəkdiyi görüntüləri yayımlayıb.

 

Sepah İran PUA-nın carı ayın 18-də yerli vaxt ilə səhər saat 10 radələrində Fars Körfəzində üzən bir neçə ABŞ hərbi gəmisinin o cümlədən müxtəlif növ helikopterləri daşıyan “USS Boxer” aviadaşıyıcısının havadan çəkilən görüntülərini yayımlayıb.

 

Sepah bildirib ki, "Trampın iddia etdiyinə əsasən bu pilotsuz təyyarə vurulmuşdu, lakin biz sübut etdik ki ABŞ-ın iddiası əsassız və yalandır."

 

Qeyd edək ki, Tramp ötən gün səhər iddia edib ki, Fars Körfəzində ABŞ hərbi gəmisinə yaxınlaşan bir İran pilotsuz təyyarəsi vurulub.