• 21:00

Çində qaz hasilatı zavodunda güclü partlayış olub, azı 10 nəfər ölüb

  • 10
20 Iyul 2019, 15:17

Cümə günü Çinin mərkəzi Henan əyalətində qaz emalı zavodunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 19 nəfər xəsarət alıb, daha 5 nəfər itkin düşmüş hesab olunur.

 

İnterAz xəbər verir ki, bu barədə Çin Mərkəzi televiziyası məlumat yayıb.

 

Partlayış cümə gün Bakı vaxtı ilə saat 18:50-də Sanmensya şəhər dairəsinin İma qəzasında yerləşən zavodda olub. İlkin məlumatlara görə, partlayış və yanğın zavodun havaayırıcı qurğularından birində baş verib.

 

Əraziyə xilasedicilər, yanğınsöndürənlər və həkimlər cəlb olunub.