• 20:28

“Artilleriya atəşinin ustaları” müsabiqəsində Azərbaycan komandasının birinci heyəti uğur qazanıb

  • 4
08 Avqust 2019, 16:48

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən Azərbaycan komandası yarışlara inamla qoşulub.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyindən məlumat verilib. 

 

Dünən keçirilən mərhələdə artilleriyaçılarımızın birinci heyəti öz bacarığını nümayiş etdirib.

 

Gecə və gündüz atışlarında iştirak edən birinci heyətimiz hakimlərin qərarına əsasən 12 komanda arasında 3-cü yerə layiq görülüb.