• 21:02

Almazbek Atambayev avqustun 26-na qədər həbs olunub

  • 3
09 Avqust 2019, 11:22

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev, məhkəmə qərarı ilə avqustun 26-na qədər həbs olunub.

 

İnterAz xəbər verir ki, bu barədə onun vəkili Serqey Slesarev məlumat verib. 

 

Keçmiş prezident Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib.

 

Vəkilin sözlərinə görə, Atambayev “qanuni oğru” Əziz Butukaevi qanunsuz şəkildə həbsdən azad etməkdə ittiham edilir.