• 20:48

İqtisadiyyat xəbərləri

  • 6
09 Avqust 2019, 11:51

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,37 ABŞ dolları və yaxud 2,33% artıb.

 

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,18 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

***

 

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,19% azalaq 1 barelə görə 57,27 dollar təşkil edib.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,13% azalaraq 52,47 dollar təşkil edib.