• 19:15

Tovuzda ağır yol qəzasında 3 nəfər dünyasını dəyişdi

09 Avqust 2019, 13:11

Tovuzda ağir yol qəzasinda 3 nəfər dünyasidi dəyişib, 3 nəfər  isə ağir xəsarət alıb.

 

 

Qəza 3 avtomobilin iştirakı ilə qeydə alınıb. Şəhərin Heydər Əliyev prospektində "Mercedes" markalı avtomobillə "Daewoo" markalı avtomobil toqquşub. Daha sonra "VAZ 21011" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində biri azyaşlı olmaqla 6 nəfər agır xəsarət alaraq təcili tibbi yardım maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yaralılardan üç nəfər - Tovuz rayon sakinləri "Mercedes" markalı avtomobilin sürücüsü 23 yaşlı Müzəffər Hüseynzadə, "Daewoo" markalı avtomobilin sürücüsü 36 yaşlı Kamran Qasımov və sərnişin Nailə Mustafayevanın həyatını xilas etmək mümkün olmayıb. Digər 3 nəfər - Aysel və Ayşən Murtuzəliyeva və Vüqar Murtuzəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, qəzaya düşən "Daewoo" markalı avtomobildəki sərnişinlər toy mərasimindən qayıdırmış. 

 

Faktla bağlı araşdırma aparılır.