• 20:42

Hindistanın Kerala ştatında leysan yağışları 42 nəfərin həyatına son qoyub

10 Avqust 2019, 11:31

Hindistanın Kerala ştatında leysan yağışları 42 nəfərin həyatına son qoyub.

 

Bubarədə yerli ANİ informasiya agentliyi məlumat yayıb. 

 

Bildirilir ki, daşqından zərər çəkmiş bölgələrdə yaşayan 100 mindən çox insan təxliyə edilib. 

 

Coçin beynəlxalq hava limanının uçuşları bazar gününə qədər təxirə salınıb. Leysan yağışlar səbəbindən əyalətdə 19 qatarın reysi ləğv edilib. 

 

Hindistan Meteorologiya Departamenti leysan yağışların avqustun 14-dək davam edəcəyini açıqlayıb. 

 

Qeyd edək ki, Daha əvvəl 17 nəfərin öldüyü və 22 min vətəndaşın evakuasiya edildiyi bildirilib.