• 21:11

Yəməndə Səudiyyə koalisiyası qüvvələrinin bir-birilə döyüşü davam edir, ölənlərin sayı 30-a çatıb

  • 12
10 Avqust 2019, 14:26

Yəmənin Ədən şəhərində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi hərbi koalisiyasının dəstəklədiyi qüvvələr arasında baş qaldıran döyüşlər 3 gündür davam edir və ölənlərin sayı 30-a çatıb.

 

İnterAz bu barədə SalamNews-a istinadla məlumat verir.

 

Bildirilib ki, Yəmənin Ədən şəhərində "Cənubun Keçid Şurası" ilə müvəqqəti hökumətin qüvvələri arasında gedən döyüşlərdə ölənlərin sayı 30-a çatıb.

 

Məlumata görə Birləşmiş Ərəb Əmirliyinin dəstəklədiyi separatçı meyilli "Cənubun Keçid Şurası" qüvvələri Ədən şəhərində bir sıra strateji obyektləri müvəqqəti hökumətin qüvvələrindən (Yəmənin müvəqqəti hökumətinin başçısı Abdu-Rabbih Mansur Hadi hal-hazırda Səudiyyədədir) alıblar.

 

Digər məlumata görə "Cənubun Keçid Şurası" Ədən şəhəri ətrafında yerləşən iqtisadi əhəmiyyətli neft emalı zavodunu da nəzarətə götürüb. Onlar Ədən beynəlxalq hava limanını da müvəqqəti hökumətdən almaq niyyətindədirlər.

 

Bu arada BMT baş katibi Antonio Quterreş tərəfləri atəşkəsi bərpa etməyə və danışıqlar aparmağa çağırıb.