• 20:18

İqtisadiyyat xəbərləri

  • 4
14 Avqust 2019, 12:01

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,78 ABŞ dolları və yaxud 4,53% artıb.

 

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,09 dollar təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

***

 

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,91% azalaraq 1 barelə görə 60,74 dollar təşkil edib.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,19% azalaraq 56,42 dollar təşkil edib.