• 18:14

Bu gün İslam dünyası hüznlü Tasua gününü qeyd edir

  • 7
09 Sentyabr 2019, 15:03

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayının 9-u Tasua günüdür.

 

İnterAz xəbər verir ki, Tasua ərəb dilində doqquzuncu deməkdir. Məhz bu gündə Kərbəlada İmam Hüseyn, ailəsi və ardıcılları Bəni-Üməyyə hakimiyyətinin, Yezid ibni Müaviyənin İraq üzrə valisi Ubeydullah ibni Ziyadın və onun ordu başçısı Ömər Sədin əmri ilə mühasirəyə alındı.

 

İmam Hüseynin, ailəsi və ardıcıllarının qətliam edilməsi prosesi Tasua günündən başladı. İlk növbədə Bəni-Üməyyə ordusu müxtəlif vasitəçiliklərdən sonra hücumu dayandırsa da Tasua günündən Aşuraya keçən gecə İmam Hüseynin və ailəsinin olduğu xeymələrə hücum çəkdilər.

 

Tasua Aşura günündən bir gün öncə olduğuna görə bir çox müsəlman ölkələrində o cümlədən Azərbaycanda da bu gündə təziyə saxlanılır. Bu gündə Azərbaycanın əksər məscidlərində İmam Hüseynin və onun şəhid ardıcıllarının şəninə xütbələr və mərsiləyər oxunur.