• 18:25

Saatlıda yol qəzası baş verib, bir nəfər ölüb

  • 66
09 Sentyabr 2019, 16:43

Saatlıda yük maşını ilə minik avtomobili toqquşüb, hadisə nəticcəsində sürücü ölüb.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, qəza bu gün səhər saatlarında rayonun Qıraqlı kəndində qeydə alınıb.

 

Belə ki, Saatlı şəhər sakini, 25 yaşlı Taleh Qurbanov idarə etdiyi “VAZ-2107” markalı avtomobilllə hərəkətdə olarkən “Şaqman” yük maşını ilə toquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, qəzaya səbəb “Vaz-2107” markalı avtomobilin sürət həddini aşması olub.

 

Faktlabağlı araşdırma aparılır.