• 18:26

Bölgələrdə Aşura günü ilə əlaqədar böyük izdiham müşahidə olunub

  • 11
10 Sentyabr 2019, 15:50

Dünən axşam saatlarından başlayaraq şəhər və ətraf rayonlardan olan minlərlə Hüseynsevər Gəncə şəhərindəki "İmamzadə" Dini Memarlıq Kompleksinə üz tutublar.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, dini memarlıq kompleksində, Ziyarətgahda yaradılan “Hüseyn-meydanı"nda böyük izdiham yaşanıb, vətəndaşlar İmam Hüseyn (ə) müsibəti barədə olan söhbətləri dinləyiblər, mərsiyələr sinəzənlər oxunub.

 

Ziyarətgahda şəhər rəhbərliyi tərəfindən matəm günündə 20-ə yaxın ehsan çadırı qurulub.

 

Şəhər ərazisində olan məscidlərin və rayonlardan gəncə istiqamətinə üz tutan  insanların rahat şəkildə ziyarətgaha gəlmələrini təmin etmək məqsədilə  xüsusi avtobuslar ayrılıb.

 

Qeyd edək ki, Gəncə şəhərində Aşura günü İmama layiq şəkildə qeyd olunub.

 

Ölkənin hər yerinde olduğu kimi Xacmaz rayonunda da aşura keçirilib. Xacmaz rayon məscidinin axundu Yasar Rzayev qeyd edib ki, hər il qeyd olunan əza məclisləri və xüsusi ilə Aşura gününün izdihamla qeyd olunmasi, bütün etnik qruplara toliramtlığın hər vaxt nümayiş olunmasının əyani bir sübutdur. Belə ki, rayon əhalisi məzhəbindən və milliyətindən asılı olmayaraq Aşura günü səhər saat 09:00-dan etibarən məscidə toplanır və vahid bir ümmət olaraq “Ya Hüseyn” sədaları ilə əzadarlara qoşulurlar. Aşura gunu hər kəs ALLAH ilə öz aralarında olan ürək sözlərini İmam Hüseyn (ə)-ın və Kərbəlada şəhid olan digər pak şəhidlərin vasitəsi ilə ALLAHA çatdırır, dualar edir, nəzir və ehsan paylayırlar.

 

Onuda qeyd edək ki, Xaçmazda səhər saatlarından başlayan Aşurada kerbəla şəhidləri və İmam Hüseyin üçün dualar və əzadarliq edilərək dini ayinlər yerinə yetirildi. Məsciddə isə insan izdihamı günorta saatlarına kimi davam edib.