• 18:46

Təzəpir məscidində qanvermə aksiyası keçirilib

  • 11
10 Sentyabr 2019, 16:15

10 Sentyabr  Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1367 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) 71 tərəfdarı ilə birlikdə İraqın Kərbəla çölündə şəhid olub. Onlar, Yezid ibn Müaviyyənin ordusu tərəfindən qətlə yetirilib.

 

Dünya müsəlmanları o vaxtdan Məhərrəm ayını matəm ayı kimi qeyd ediblər. Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.

 

Hər il olduğu kimi bu il də Qafqaz Müsəlmanları İdarəsinin təşəbüssü ilə ənənəvi qanvermə aksiyasları keçirilib.

 

Qanvermə aksiyası ümumilikdə paytaxtın 7 məscidində təşkil olunub. 

 

Aksiyada iştirak edən  Qmi sədri Şeyxlüslam Allahşükür Paşazadə Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənənin geniş vüsət aldığını  bildirib.

 

Qanvermə aksiyasında A.Paşazadə ilə yanaşı, ailə üzvləri, Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, QMİ əməkdaşları iştirak edib.

 

Çoxsaylı vətəndaşlar könüllü olaraq məscidlərə toplaşaraq, qan veriblər 

 

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva hər il aşur günündə 4 min-5 min arasında vətəndaşın qan verdiyini deyib.

 

Qanvermədə iştirak edən vətəndaşlar Aksiyanın çox böyük mənəvi, siyasi və psixoloji əhəmiyyəti  olduğunu bildirdilər

 

Qeyd edək ki, Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq.Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.