• 03:23

Gəncədə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 101-ci ildönümü qeyd olunub

  • 3
16 Sentyabr 2019, 14:44

Türkiyənin Gəncədəki Baş konsulluğunda Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 101-ci ildönümü  qeyd olunub.  

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, tədbirə şəhər rəsmiləri ilə yanaşı, millət vəkilləri, eləcə də Türkiyədən gələn nümayəndə heyəti qatılıb.

 

Tədbirdə bir cox dövlətlərin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, başda Nuru paşa olmaqla Qafqaz İslam Ordusunun 1918-ci ilin avqust-sentyabr aylarında Gəncəyə gəlib,daha sonra Bakını işğalçılardan təmizləməsindən bəhs edilib. Tarixi köklərə malik iki qardaş dövlətin daim bərabər addımlayacağı bir daha dilə gətirilib.

 

Daha sonra tədbir iştirakcılarI Azərbaycan Xalq Cumhuriyyəti muzeyini və Cavad Xanın məqbərəsini ziyarət ediblər.