• 03:26

Qobustanda ölümlə nəticələnən yol qəzası baş verib

  • 4
16 Sentyabr 2019, 15:11

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün saat 22:00 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb.

 

"Toyota" markalı minik avtomobili yoldan çıxıb və körpüdən aşıb. Nəticədə sürücü avtomobilin altına düşərək dünyasını dəyişib, sərnişini isə ağır xəsarət alıb.

 

Qobustan rayonunda avtoqəza zamanı ölən sürücünün adı məlum olub.

 

Həmin şəxs Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Əliyev Arif Mustafa oğludu.

 

Onun idarə etdiyi "Toyota" markalı avtomobil körpüdən aşıb və sürücü hadisə yerində keçinib.

 

Faktla bağlı araşdırma aparılır.