• 03:31

Xaçmazın Qaracəlli kəndində yeni tikilən məktəbin açılışı olub

  • 18
16 Sentyabr 2019, 17:02

Yeni tədris ilində Xaçmaz rayonu qaracəlli kənd  ümumi orta məktəbinin  yenidən tikilmədən sonra açılış mərasimi keçirilib.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehman Abbasov,  Təhsil Şöbəsinin nümayəndəsi Azad Bədəlov, Bələdiyyə sədri Vüqar Cəbrayılov,  məktəbin pedaqoji kollektivi, şagirdlər, valideyinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehman Abbasov məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibəti ilə təbrik edib. O, son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. 

 

-Daha sonra məktəbin rəhbəri Sevil Məmmədova “Bilik günü” və məktəbin açılışı münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. 

 

-Xaçmaz rayon təhsil şöbəsinin nümayəndəsi Azad Bədəlov məktəb binalarının əsaslı təmir olunmasının, müasir standartlara uyğun təhsil müəssisələrinin istifadəyə verilməsinin önəmini qeyd edib. 

 

Açılış mərsimindən rəmzi məna daşəyan qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Məlumat üçün qeyd edək ki, məktəb 94 şagird yerlikdir. Məktəbin tikintisinə 2018-ci ilin aprel ayından başlanılıb. Sahəsi 60 sot ərazidə yerləşən məktəbin 11 otağı,  akt zalı, oxu zalı vardır. Şagirdlərin təlim tərbiyyəsi ilə 14müəllim məşğul olur.