• 03:53

Müqqədəs Ərbəin ziyarətinə getmək neçəyə başa gəlir?

  • 17
17 Sentyabr 2019, 12:29

Hicri-qəməri təqvimi ilə səfər ayının 20-si müsəlmanların üçüncü imamı Həzrət Hüseyn ibn Əlinin (ə) şəhid edilməsinin 40-cı gününə təsadüf edir.

 

 İmam Hüseynin müqəddəs məzarı ilk dəfə Ərbəin günündə ziyarət edilmişdir. Ərbəin günündə dünyada ən böyük anma mərasimləri keçirilir.

 

Tarixdə Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır, özü də bu ziyarət faciədən 40 gün sonra – Ərbəin günündə baş vermişdir. Bəzi rəvayətlərə görə, bu ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak etmişlər. Ümumiyyətlə, Əhli-beyt qadınlarının və İmam Zeynəlabidinin (ə) məhz Ərbəin günündə Kərbəlanı ziyarət etmələri barədə mötəbər rəvayətlər vardır.

 

Dünyanın müxtəlif yerlərindən milyonlarla insan hər il Ərbəin ziyarətinə yola düşür. Bütün dünyada olduğu kimi Azərbaycanda da Ərbəin ziyarətinə gedənlərin sayı az deyil. 

 

Bəs Ərbəin ziyarətinə getmək üçün hansı sənədlər lazımdır?  Və ən əsası ziyarət bir nəfər üçün necəyə başa gəlir? 

 

Qiymətlərlə maraqlanmaq üçün Azərbaycanın bir necə tur şirkətlərinə üz tutduq və qiymətlərlə maraqlandıq.

 

Tur şirkətinin rəhbəri  Nurlan Dadaşovun sözlərinə göə,Oten ile nisbeten bu il qiymətlərdə hər hansı bir artım olmayıb

 

Müsahibimiz onu da bildirdi ki, yaşlıların rahat şəkildə ziyarətə getmələri təmin etmək məqsədilə xüsusi hər cür şərait yaradılır

 

Digər bir tur şirkətinin rəhbəri İntiqam Baloğlanovun sözlərinə görə isə, ötən illə nisbətdə bu il zəvvarların sayında artım müşahidə edilib

 

 

Qeyd edək ki, Ərbəin ziyarəti üçün ölkəmizdən çıxışa oktyabrın əvvəlindən başlanılacaq