• 04:39

Hacıqabulda ağır yol qəzası baş verib, sürücü xəsarət alıb

  • 25
17 Sentyabr 2019, 14:16

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

 

BelƏ kİ, evakuatoru idarə edən sürücünün yuxulaması nəticəsində avtomobil yolun kənarında dayanan “KaMAZ” markaılı avtomobilə çırpılıb. Nəticədə evakuatorda olan sərnişin Gəncə sakini, 1980-ci il təvəllüdlü Dünyamalıyev Taleh Fərman oğlu ağır vəziyyətdə-ayaqların travmatik amputasiya və travmatik şok diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.