• 12:40

Samuxda 47 yaşlı qadın yeznəsi tərəfindən bıçaqlanıb

  • 3
08 Oktyabr 2019, 15:27

Samux rayonunda 47 yaşlı qadın yeznəsi tərəfindən bıçaqlanıb.

 

İnterAz xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Bağbanlar kəndində baş verib.

 

Belə ki, Şirvan rayon sakini 46 yaşlı Həbib Orucov baldızı, Bağbanlar kənd sakini 47yaşlı Gülşən Orucovanı ailə məişət zəminində yaranan problemlər üzündən bıçaqlayıb və hadisə yerindən qaçıb.

 

Yaralı Gəncə şəhərində Abbas SəhHət adına 1saylı xəstəxanaya çatdırılıb. Vəziyyəti orta agır qiymətləndirilir.

 

Hadisə faktı ilə bağlı Samux Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

 

Müvafiq istintaq-əməliyyat axtarış tədbirləri davam etdirilir.