• 04:12

Sabirabad sakinləri sahələrində suyun olmamasından narazıdır

  • 8
10 Oktyabr 2019, 13:00

Sabirabad rayonun kür ətraflı kəndlərində sahələrin suvarılmasında ciddi problemlər yaşanır.

 

Bu problemlə əsasən rayonun Ulacalı, Həşimxanlı eləcə də Bulduq kəndlərindən olan fermerlər üzləşib. Fermerlər deyir ki, pambiq sahələri susuz qaldığından bitki inkişaf edə bilməyib bunun nəticəsində isə məhsuldarlıq aşağı düşüb. Mövcud vəziyyət yonca və bostan bitkilərinin yetişidirldiyi sahələrdə də müşahidə olunur

 

Ulacalı kəndinin sakinləri deyilər ki, bu il pambiğa tələbat çox olduğundan onlar bambıq əkininə üstünlük veriblər. Çəkdikləri zəhmətin bəhrəsini verəcəyi düşünüən fermerlərin indi üzləşdikləri problem necə deyərlər onların bütün ümidlərini puça çıxarıb

 

Kənd sakini Emin Babayev əsasən paxla bitkilərinin əkini ilə məşğul olur. Fermer qeyd edir ki,artiq neçə aydir ki, sahesini suvara bilmədiyi üçün əkdiyi bitkilər mehv olmaq təhlükəsi ilə üzləşib.

 

Meliorasiya Su Təsərrüfatı ASC-nin Sabirabad Mexaniki Suvarma Sistemləri İdarəsindən isə məsələylə bağlı bildirildi ki, hazırda əsasən payızliq dənli bitkilərin suvarılması mövsümü olduğundan həmin sahələrdə suvarılmanın həyata keçirilirməsi təmin olunur... Yaxın günlərdə sözügedən sahələrdə işlər yekunlaşdıqdan sonra, digər həyatyanı sahələrin suvarılması təmin ediləcək.