• 03:33

Milyonlarla insan Ərbəin yürüşündə

17 Oktyabr 2019, 14:24

İmam Hüseyn (ə) o şəxsdir ki, Allah-Taala şəhadəti ona kəramət yazdı və O, Allahın nəzərdə tutduğu xüsusi kəramətə çatdı. Onun  şəhadəti o qədər uca mərtəbəyə malikdir ki, bu yoldakı müsibətlər bir nemət sayıla bilər. İmama diqqət yetirən insan nur mərkəzinə hidayət olur. Onun qəlbini İmama olan eşq hərarəti qızdırır. Bu hərarət qiyamətə qədər davam edəcək. Elə buna görədə onun ziyarətçilərinin sayı ilbəil artır. Maraqlısı budu ki, onu təkcə müsəlmanlar deyil başqa dinə mənsub olan insanlarda ziyarət edir və bu uca şəxsiyyət yalnız müsəlmanlara yox bütün insanlara nümunədir.

 

Ərbəin zamanı İraq dövlətinə keçdikdən sonra qayğı ilə əhatə olunursan. Burada, demək olar Kİ, hər cür pulsuz xidmət tapmaq mümkündür: yemək, çay, su verilir, dincəlmək üçün şərait yaradılır və tibb xidmətlər göstərilir. Ehsan çadırlarına, süfrələrinə sərhəd məntəqələrindən başlayaraq ölkənin bütün nöqtələrində rast gəlinsə də, insanlara xidmət ən çox Nəcəf-Kərbəla yolunda olur.

 

Milyonlarla insanın piyada Kərbəlaya üz tutması bütün dünyanı düşünməyə vadar edir. İnsanlar Həzrəti Hüseynin məzarına tərəf piyada yol getməklə Kərbəla faciəsinin timsalında Yəməndə,Fələstində və başqa yerlərdə zülmə məruz qalan qadınlara, uşqalara, məzlumlara dəstək olurlar.