• 01:04

Füzuli sakini Masallıda bıçaqlanıb

17 Oktyabr 2019, 14:35

Masallıda iki nəfər arasında mübahisə düşdü, biri bıçaqlandı.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir k, hadisə dünən axşam saatlarında baş verib. Rayonun avtovağzal deyilən ərazisində bıçaqlanan şəxs əslən Füzulidən olan və Bakıda yaşayan 1980-ci il təvəllüdlü Zaur Davud oğlu Qurbanovdur. O, bir müddət əvvəl qeyri-rəsmi yaşadığı Nuranə Əhmədova ilə aralarında yaşanan bəzi problemlərə görə Masallı Rayon Məhkəməsinə çağırıldığından rayona gəlməli olub. Sonradan Bakıya qayıtmaq üçün avtovağzala gedən Zaur Qurbanov rayonun Şərəfə kənd sakini Rasim Xanməmməd oğlu İbişovla rastlaşıb. Onlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Xəsarət alan Z.Qurbanov təcili yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb.

 

Zaur Qurbanov deyir ki, onun Bakıda bir müddət qeyri-rəsmi yaşadığı Nuranə Əhmədovadan bir övladı var. Qadın sonradan onu tərk edib və Masallı rayonuna gələrək Rasim İbişovla qeyri-rəsmi yaşamağa başlayıb. 

 

Faktla bağlı araşdırma aparılır.