• 03:08

Neftçalada pambığın məhsuldarlığında ciddi artım müşahidə olunub

17 Oktyabr 2019, 15:12

Son illər ölkə iqtisadiyyatında baş verən surətli sıçrayış, Resublikamızda bütün sahələri əhatə etdiyi kimi Kənd Təsərufatı sahəsində də özünü bürüzə verməkdədir..Xüsusiilə  pambıqçılığın inkişafına dövlət dəstəyinin artması fermerlərin bu sahəyə olan marağını daha da, artırıb..Neftçaladan olan Fermer Əlibala Səlimov bu il ölkə üzrə hər hektardan 60 sentner məhsul götürərək rekorda imza atıb..

 

Ta qədim zamanlardan ölkəmizdə pambıqçılığa bböyük maraq olub.Son dövrlər aparılan müvafiq islahatlar nəticəsində isə bu sahədə mühüm irəliləyişlər müşahidə olunur. Ötən il pambıq sahələrindən 58 s məhsul əldə edən Neftçala rayonunun Xolqaraqaşlı kəndindən olan fermer Əlibala Səlimov, bu il hər hektardan 60 s məhsul əldə edərək 30 ha sahədən 180 ton  məhsul əldə edib. 

 

Müsahibim növbəti il də yararsız toraqları əkin üçün yararlı vəziyyətə gətirərək o, torpaqlarda pambıq məhsulu yetişdirmək istəyir.Bu təkliflə çıxış edən Ə.Səlimov başçılıq etdiyi fermerlərlə birlikdə növbəti ildə Mintonçuluq hərakatına qoşularaq ölkə fermerləri qarşısında rekord həddə imza atmaq istəyir.