• 15:45

Qorxmaz Hüseynov: "Badamdardakı sürüşmə zonasında kanalizasiya sistemi yenidən qurulur"

07 Noyabr 2019, 16:03

"Badamdar qəsəbəsinin 3-cü massivi sürüşmə zonasıdır. Orada Prezident İlham Əliyevin sərəncamı ilə vəsait ayrılıb və işlərə başlamışıq".

 

İnterAz-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

 

Onun sözlərinə görə, həmin ərazinin kanalizasiya sisteminin yenidən qurulması gələn il tamamilə başa çatdırılacaq.