• 15:43

Zaqatalada sirkə turşusu içən 66 yaşlı kişi xəstəxanada dünyasını dəyişib

07 Noyabr 2019, 17:45

Zaqatalada sirkə turşusu içən 66 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

 

Belə ki,  rayonun Qandax kənd sakini, 1953-cü il təvəllüdlü Cəhyəddin Mövlüd oğlu Şahmalıyev noyabrın 5-də axşam saatlarında yaşadığı ünvanda bilməyərəkdən bir stəkan sirkə turşusı içib. C.Şahmalıyev yaxınlarının köməkliyi ilə noyabrın 5-dən 6-a keçən gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

 

Ağır vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsində müalicə alan C.Şahmalıyev noyabrın 6-dan 7-ə keçən gecə dünyasını dəyişib.