• 15:46

Zərdabda evdə partlayış baş verib

08 Noyabr 2019, 12:06

Zərdab rayonunda evdə partlayış baş verib. Hadisə ötən gün axşam saatlarında, rayonun Siləyli kəndində qeydə alınıb. 

 

 İnterAz-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini İlham Əzməmməd oğlu Şeydayevə məxsus yaşayış evinin mətbəxində qaz sızması nəticəsində baş verib. Partlayış zamanı evin mətbəxi tamamilə dağılıb. Ev sahibi İlham Şeydayev və onun oğlu Nicat Şeydayev yanıq xəsarətləri alıb.

 

Partlayış güclü olduğundan səsi ətraf sakinlərə də yayılıb. Qonşular və qohumlar nə olduğunu anlamaq üçün hadisə yerinə gəlib. Qohumları partlayışa ilkin səbəb olaraq bildirib ki, ...

 

Yaralılar dərhal qonşuların və yaxınlarının köməkliyi ilə Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Daha sonra vəziyyətləri ağır olduğundan hər iki zərərçəkəni Bakı şəhərinə, xəstəxanalardan birinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.