• 05:48

Şamaxıda yük maşını aşıb, xəsarət alan var

08 Noyabr 2019, 12:09

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Tikinti materialları daşıyan yük avtomobili idarəetməni itirərək, dağdan yuvarlanıb.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çöl Göylər avtomobil yolunda qeydə alınıb. Xaçmaz rayon  sakini, 1991-ci il təvəllüdlü Musayev Təhmasib İsrar oğlu idarə etdiyi "Mersedes" markalı yük avtomobili ilə sement daşıyarkən idarəetməni itirib, avtomobil 45 metr hündürlükdən dərəyə aşıb. Dağdan yuvarlanan avtomobildən zərbənin təsiri nəticəsində çıxan sürücü  20 metr kənarda ağır vəziyyətdə tapılıb. O, təcili - tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olan sürücüyə aşağı ətrafın baldır nahiyyəsinin sümüklərinin qırılması və kəsilmiş yaraları diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.