• 06:28

Tovuzda iki məktəb binası qəzalı vəziyyətdədir

08 Noyabr 2019, 13:57

Yağışlı havalarda sinif otaqlarına axan sular,qəzalı vəziyyətdə olan divarlar və dam örtüyü.Gördüyünüz kadrlar Tovuz rayonunun Yanıxlı kənd 2 nömrəli tam orta məktəbdənindir. Qəzalı vəziyyətdə olan bu binada tədrisin normal təşkilinin nə qədər müşkül məsələ olduğu da artıq göz önündədir.Mövcud vəziyyətdən isə həm valideynlər həm də şagirdlər narazılıq edir

 

Məktəb direktoru Ruhiyyə Əsgərovanın sözlərinə görə, artıq məktəbin tikintisi ilə bağlı lahiyyə hazırlanır və yaxın zamanlarda, yeni tədris binası inşa ediləcək.

 

Mövcud vəziyyət yalnız bu tədris müəssisəsini haqlamayıb. Oxşar mənzərə Tovuz Rayonun Yuxarı Öysüzlü kənd tam orta məktəbində də müşahidə edilir.Burada  təhsil alan şagirdlər və məktəb kollektivi naümid şəkildə binanın təmir olunacağı günü  gözləyirlər.Bəzi valideynlər övladlarını rayon mərkəzindəki təhsil müəssisinə göndərsələr də digər valideynlər imkansızlıq səbəbindən məcbur yenə üz tuturlar qəzalı vəziyyətdə olan məktəbə. 

 

Hətta bəzi valideynlər mövcud vəziyyət səbəbindən uşaqlarını dərsə göndərmirlər.Təbii ki bu məqamda övladlarının sağlamlığını düşündükləri üçün  valideynləri qınamaq düzgün sayılmaz.Maraqlıdır görəsən bu və bunun kimi digər tədris müəssisələrinin sonrakı taleyi necə olacaq?Bunu isə zaman göstərəcək