• 05:50

Cəlilabadda yol polisləri maraqlı aksiya keçirib

08 Noyabr 2019, 14:22

Yol polisi küçədən keçən avtomobil  sürücülərini bir-bir saxlayır.

 

Səbəb hər hansı bir cərimə protokolunun yazılması deyil, sükan arxasında olanlara bayraq hədiyyə etməkdir.Qeyri-adi Aksiya Cəlilabadda baş tutub. Bayraq günü münsaibəti ilə təşkil olunmuş "hər sürücüyə bir bayraq" adlı aksiya sürücülər tərəfindən gözlənilməz olduğu qədər də maraqla qarşılanıb.

 

Yol polisi və Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə təşkil olunmuş Aksiyanın keçirilməsində məqsəd insanların diqqətini əlamətdar günə yönəltməklə  dövlət rəmzlərimizin hamı üçün müqədddəs olduğunu xatırlatmaqdır. 

 

Dövlət Bayraq günü münasibəti iılə təşkil olunmuş Aksiya Günorta saatlarına qədər rayonun müxtəlif küçələrində davam etdirilib.