• 05:52

Zaqatalalı tütünçülər məhsuldarlığın aşağı düşməsindən narazıdır

08 Noyabr 2019, 14:50

Zaqatalalı tütünçülər bu il ciddi çətinliklərlə üzləşiblər. Əkdikləri tütün sortunun məhsuldarlığının çox aşağı olması onların işinə ciddi mane yaradıb.

 

Fermerlərin dediyinə görə onlara verilən tütün toxumu düzgün seçilməyib. Aqtrotexniki qaydalara tamamilə riayət olunsa da sahələrə əkilən tütün cəmi 80 sm - 1 metr boy atdıqdan sonra çiçək açır. Buda artıq inkişafın dayanması deməkdir. Belə olan halda isə hər hektardan 12- 16 ton əvəzinə 7-8 ton məhsul yığılır. Nəticədə fermerlər həm aldıqları krediti, həm də sahələrdə çalışan işçinin pulunu ödəyə bilmir.

 

İndi Fermerlər vəziyyətin nəzərə alınaraq götürdükləri kreditin ödənişində onlara güzəştlərin olunmasını itəyirlər