• 06:06

Bölgələrdə bayraq günü münasibətilə tədbirlər keçirilib

08 Noyabr 2019, 16:47

GƏNCƏ

 

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Gəncədə “Bayraq yürüşü” keçirilib. Bayraq yürüşü Gəncə Şəhər İcra Hakimiyyətinin və şəhər Gənclər və İdman baş idarəsinin birgə təşkilatçılğı ilə reallaşıb. Şəhərin Heydər Əliyev meydanına toplaşan şəhər ictimaiyyəti Bayraq meydanında yürüş edib. Yürüşdə “N” saylı hərbi hissənin əsgərləri tərəfindən uzunluğu 50, eni 4 metr olan Azərbaycan bayrağı hərbi orkestrin müşaiyyəti ilə Bayraq meydanına gətirilib. Burada həmçinin, şeir və musiqi sədaları altında “Gənc Şahinlərin” təntənəli keçidi izlənilib.

 

Yürüş Bayraq meydanında təşkil olunan bayram tədbiri ilə davam edib.

 

ŞƏMKİR

 

Şəmkirdə  də bayraq günü münasibəti ilə yürüş keçirilib. Nəfəsli orkestrin müşayiəti ilə dövlət himni səsləndikdən sonra Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, N saylı hərbi hissənin əsgərləri  və rayon ictimaiyyətinin nümayəndələri, ümumilikdə 500-ə yaxın şəmkirlilər  Şəhidlər Xiyabanından Bayraq Meydanına yürüş edib. Əsgərlər 100 metrə uzunluğunda olan Azərbaycan bayrağını Şəhidlər Xiyabanından Bayraq Meydanına gətirib, sonra məktəblilər marş sədaları altında tədbir iştirakçılarının qarşısından keçiblər.  Yürüş iştirakçıları bayraq meydanına gələrək birlikdə Azərbaycanın dövlət himnini oxuyublar.

 

AĞSTAFA

 

Ağstafada da  Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Dövlət Bayraq günü münasibəti ilə tədbir keçirilib.Tədbirdə rayon icra hakimiyyəti başçısı  Nizaməddin Quliyev, Rayon icra hakimiyyətinin rəhbər işçiləri, idimançılar, gənclər və  rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları  müxtəlif idman növləri üzrə idimançıların çıxışlarını izləyib, gənclərə və idmançılara uğurlar arzulayıb. Tədbirdə iştirak edən Ağstafa  Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev çıxış edərək üçrəngli bayrağın hər bir azərbaycanlı üçün məhəbbət simvoluna çevrildiyini qeyd edib.

 

Tədbirdə çıxış edən digər natiqlər ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkərək, yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışıb. 

 

GÖYGÖL

Göygöl rayon Nadil kənd tam orta məktəbində  DƏ  Azərbaycanda Dövlət Bayrağı günü münasibətilə tədbir təşkil olunub, tədbirdə ibtidai siniflərlə birğə yuxarı sinif şaqirdləri də iştirak ediblər.

 

Himn oxunaraq tədbirə başlanılıb və məktəbin şahinləri tərəfindən böyük bir bayraq tədbirə daxil olub. Bayrağımıza aid şeirlər səslənib, rəksdər edilib. 

 

Məktəbin rəhbərliyi uşaqları vətənə bayrağa sevqilə böyütmənin cox əhəmiyyətli olduğundan cıxışında söz acıb, və bu günkü gənclərin vətən sevqisi məz ilk təsillərindən gələn tərbiyənin olduğunu bildirib.

 

Tədbirin sonunda şaqirdlərin dekorativ əl işlərindən ibarət sərqiyə baxış kecirilib.