• 08:00

Zaqatalalı şagirdlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində bölgələrə səfər ediblər

15 Noyabr 2019, 12:14

Altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində müxtəlif bölgələrə səfərləri təşkil olunur.

 

Zaqatalada rayon rəhbərliyi tur – aksiyaya qoşulan şagirdlərlə görüş keçirib.

 

Yeniyetmələrin maarifləndirilməsi və ölkəmizi daha yaxşı tanımaları o cümlədən,digər bölgələr haqqında daha dərin məlumatlara malik olmaları məqsədi ilə təşkil olunan növbəti tur-aksiyalara start verilib. Aksiyaya qoşulan zaqatalalı şagirdlər cənuba, Lənkəran-Astara-Masallı rayonlarına yola düşüblər.

 

Aksiya iştrakçıları getdikləri bölgədə tarixi abidələri, mədəni irsi, adət-ənənələri əyani olaraq görəcəklərini, həmin bölgənin özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olacaqlarını bildiriblər.

 

Sonra şagirdlər rayon rəhbərliyi və yaxınlarının müşayiəti ilə yola düşüblər.

 

Qeyd edək ki, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib.Noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək.