• 07:41

Bakıda “HR Summit Baku 2019” beynəlxalq tədbiri keçirilib

15 Noyabr 2019, 13:05

Bu gün Bakıda sayca 5-ci “HR Summit Baku 2019” beynəlxalq tədbiri keçirilib.

 

 "HR Baku" MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə keçirilən sammitdə dövlət və özəl müəssisələrdən nümayəndələr, o cümlədən 300-dən çox şirkətin 450-dən çox təmsilçisi iştirak edib.

 

Tədbirlə bağlı jurnalistlərə Azərbaycan İnsan Resursları Assosiasiyasının İdarə Heyətinin sədri Tural Məmmədov  açıqlama verib. O, bildirib ki, sammitin əsas məqsədi Azərbaycanda insan resurslarının idarə edilməsi sahəsində baş verən innovativ dəyişikliklərə töhfə verməkdir. 

 

Tədbir çərçivəsində HR sahəsinə əsaslanan çıxışlarla yanaşı komanda quruculuğu barədə, heyətin idarə edilməsini səlisləşdirən intellektual yarışların keçirilib. Spikerlər tərəfindən işçi sayının optimallaşdırılması, korporativ nüfuz, dəyişikliklərin idarə edilməsində və işçi məmnunluğunda HR-ın rolu, eləcə də digər aktual mövzular ətrafında geniş təqdimatlar edilib. 

 

Kanada, Böyük Britaniya, Pakistan, Portuqaliya, Macarıstan, Almaniya, Rusiya, Fransa və Türkiyədən olan spikerlər karyeralarının müxtəlif pillərlərindəki idarəetmə prosesləri və şərtlərdən bəhs ediblər. Sonda iştirakçılar sertifikatlarla təltif edilib. 

 

Qeyd edək ki, “HR sammit” İnsan Resurslarının İdarəedilməsi sahəsi üzrə Azərbaycanda ən böyük beynəlxalq tədbirlərdəndir və hər il keçirilir.