• 07:03

Məşədi Dadaş məscidində Məhəmməd peyğəmbərin (s) mövlud gecəsi keçirilib

15 Noyabr 2019, 15:11

Noyabrın 14-ü Bakının Məşədi Dadaş məscidində İslam peyğəmbəri həzrət Məhəmmədin (s) mövlud gecəsi keçirilib. Tədbirə ölkənin tanınmış din xadimləri, ziyalı və sənətçiləri qatılıblar.Tədbir müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb.

 

Tədbirə  yerli qonaqlarla yanaşı Türkiyənin məşhur yazarı, bir sıra filmlərin ssenari müəllifi, Azərbaycanda isə "Eşqin səfiri" kitabı ilə tanınan Əhməd Turqut da qatılıb. Qeyd edək ki, Ə. Turqut Məşədi Dadaş məscidi dini icmasının dəvəti ilə Bakıda səfərdədir.

 

İştirakçıların səmimi söhbəti şəklində keçən tədbirdə ilahiyyatçılar Hacı Şahin Həsənli, Axund Azər Sani, Hacı Ramil Bədələov, publisist, yazıçı Orxan Fikrətoğlu,  fəlsəfə doktoru Mail Yaqub və yazıçı, şair İlqar Fəhmi peyğəmbərlik mövzusunu müzakirə ediblər. Habelə qonaqlar Həzrət Məhəmmədin (s) və İmam Sadiqin (ə) tarixdəki rolları, müasir dünyaya verdikləri mesajlar ətrafında söhbət ediblər.

 

Tədbir qonaqlar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

 

Mövlud gecəsi Azərbaycan Milli Konservatoriyasının oğlanlardan ibarət xorunun bəstəkar Nazim Məmmədovun Rəşad Dağlının sözlərinə bəslədiyi ilahi ilə başa çatdı.