• 06:26

Balakəndə 25 yaşlı gənc qətlə yetirilib

15 Noyabr 2019, 15:24

Balakəndə altı manat üstündə 25 yaşlı gənc qətlə yetirilib.Hadisə rayonun Hənifə kəndində baş verib.

 

Kənd sakinləri Elvin Balayev ilə Zaur Layıcov arasında borc üstündə mübahisə düşüb. Davaya çevrilən mübahisə zamanı Zaur Layıcov özü ilə gətirdiyi mətbəx bıçağıyla Elvin Balayeviürəyindən bəçaqlayıb. Elvin Balayev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. 

 

Əldə etdiyimiz məlumata görə Elvinin Zaura 6 manat borcu olub. Əvvəlcə Elvinlə telefonda mübahisə edən Zaur sonradan hadisənin baş verdiyi yerə gəlib. Burada isə onların arasında mübahisə davam edib

 

Sonradan Zaur Layıcov rayon polis şöbəsinə gələrək könüllü təslim olub.

 

Qeyd edək ki, qətlə yetirilən 25 yaşlı Elvinin 1 azyaşlı uşağı var.

 

Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.