• 07:10

Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Lənkəranda vətəndaşları qəbul edib

15 Noyabr 2019, 15:38

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Lənkəranda vətəndaşlarla görüşüb.

 

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə nazir Lənkəranda yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt xidmətlərinin keyfiyyəti,nəqliyyat, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların fikirlərini dinləyib Ramin Quluzadə vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verib. Eyni zamanda vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.