• 14:36

Ağstafada “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirilib

16 Noyabr 2019, 16:33

Ağstafada “ölkəmizi taniyaq”  tur-aksiyasinin iştirakçilari ilə görüş keçirilib.

 

Görüş çərçivəsində çıxış edən Ağstafa rayon icra hakimiyyətinin başcısı Nizaməddin Quliyev qeyd edib ki,  artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu  tur-aksiyalarda, ağstafalı məktəblilərdə fəal iştirak edib.  Rayon rəhbərləri aksiya iştirakçılarına olduqları Qəbələ, Zakatala və Şəki rayonlarının tarixi  abidələri ilə yaxından tanış olmağın şagirdlərdə  xoş təəəsürat yaradacağına əminliyini ifadə ediblər.

 

18-21 noyabr tarixində Ağstafalı məktəblilər  Qəbələ rayonun Heydər Əliyev mərkəzi, Nohur gölü, vəndam şəlaləsi və Yendicə kəndindəki zooparka səfər edəcək. Onlar həmçinin  Şəki şəhər Heydər Əliyev mərkəzində olacaq və sonra Şəki şəhəri ilə tanışılıq, şəhər dövlət tarix-memarlıq qoruğu, Şəki xan sarayı, Yuxarı və Aşağı karvansaray, cümə məscidində də olacaqlar.İştirakçılar həmçinin  Zakatala rayonunda tarixi abidələrlə və rayonun  görməli yerləri ilə yaxından  tanış olacaqlar. 4-cü gün isə  artıq tur-aksiya iştirakçıları Ağstafaya qayıdacaqlar.