• 14:34

İsmayıllıda şəhid ailələrinə ev verilib

02 Dekabr 2019, 12:58

İmsayıllı rayonunda Qarabağ müharibə əlilləri və şəhid ailələri yeni fərdi evlərlə təmin edilib.Sözügedən proses mərhələləi şəkildə ölkənin bütün bölgələrini əhatə edir.

 

Bu kateqoriyadan olan insanların mənzil şəraitinin və rifah halının yaxşılaşdırılması məqsədilə silsilə tədbirlər planı həyata keçirilir. Onlara dövlət tərəfindən yeni fərdi evlər verilir. Növbəti belə bir tədbir ismayıllıda baş tutub.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri rayonda eyni kateqoriyadan olan insanlarla görüşüb. Onlarçün nəzərdə tutulmuş evlərin açarları təqdim edilib. 

 

Qeyd edək ki, İsmayıllıda eyni kateqoriyadan olan insanlar üçün 10 fərdi ev nəzərdə tutulub. Onlardan 3-ü artıq təhvil verilib. Digər 7 mənzilin açarları isə ilin sonuna kimi öz sahiblərinə təqdim ediləcək.