• 15:14

Şəmkirdə dəhşətli qəzada 5 nəfər dünyasını dəyişib

02 Dekabr 2019, 13:22

Şəmkir - Gədəbəy avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, Şəmkir rayon sakinləri - 1 yaşlı Həyat Rəşad qızı Əliyeva, 25 yaşlı Nübar Dilqəm qızı Orucova, 45 yaşlı Vüqar Bayram oğlu Orucov, 49 yaşlı Dilqəm Bayram oğlu Orucov və 48 yaşlı Rəsmiyyə Nürəddin qızı Orucova ölüb. "Mitsubishi Pajero"nun sürücüsü Tural Abdıyevin “VAZ-21011” markalı avtomobildə həlak olanlarla qohum olduğu bildirilir. Hadisə ailənin “VAZ-21011”lə toy məclisindən qayıdarkən baş verib. “VAZ-21011” markalı avtomobildə ölən 5 nəfərdən başqa bir nəfər - Rəşad Rasim oğlu Əliyev ağır xəsarət alıb. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma başlanılıb.