• 14:09

Goranboyda evdə partlayış olub, xəsarət alanlar var

02 Dekabr 2019, 13:37

Mənzildə partlayış olub 3 uşaq xəsarət alıb.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Goranboyda baş verib. Qeydə alınan hadisə zamanı 9 yaşlı Nihat Əhmədov, 3 yaşlı Cahid Əhmədov və  11 yaşlı Ümid Əhmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Goranboy rayon xəstəxanasına çatdırılıblar. Onlardan 11 yaşlı Ümid Əhmədovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirlib. Digər 2 nəfərə isə uşaq şöbəsində tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirlən uşağın vəziyyəti ağır olduğundan paytaxtdan rayona həkimlər dəvət edilib. 

 

Məlumata görə, partlayış zamanı xəsarət alan uşaqlar ailə üzvləri ilə birgə Goranboyda kirayə yaşayırlarmış. Hadisənin baş vermə səbəbləri araşdırılır.