• 14:13

Bakıda "Yaşamaq sənəti" mövzusunda seminar keçirilib

02 Dekabr 2019, 16:33

Azərbaycanlı yazıçı İlqar Kamillə növbəti dəfə oxucularının görüşü baş tutub.

   

"Yaşamaq sənəti" mövzusunda kecirilən seminarda psixoloq-alim İlqar Kamil öz fikirlərini oxucuları ilə bölusub. O, üç saat ərzində izah etməyə çalışıb ki, həyat rejissorluq, memarlıq kimi yaradıcılıq, məharət tələb edir: "Gözəl yaşaya bilmirik, çünki bunu öyrətməmişdik! Çünki buna ehtiyac duymadıq. Biz bunu aksioma hesab etdik. Əslində, belə deyildi! Məsələn, 70 yaşlı bir adam öyrənmədiyi üçün gözəl bir portret çəkməyi bacara bilməz! Deməli, həyatda, insan həyat sənətini bilmirsə, 70 yaşında yaşamaz, sadəcə mövcud olacaq! "

 

Bütövlükdə seminarın şüarı bu olub: xoşbəxtlik üçün, əlimizdə olan şey kifayətdir, yalnız bacarıq yoxdur!

 

Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Mail Yaqub seminarın birbaşa insanların həyatlarındakı problemləri əks etdirdiyini bildirib

 

Seminarın sonunda Yazıçı İlqar Kamil oxucularının suallarını cavablandırıb, müxtəlif mövzuda onlarla fikir mübadiləsi aparıb.

 

Qeyd edək ki, tədbirdə bir sıra gorkəmli səxsiyyətlər də iştirak ediblər.