• 13:46

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

02 Dekabr 2019, 16:41

Oğuzda "Hyundai" və "Niva" markalı avtomobillərin  toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi  ərazisindən keçən hissəsində qeydə alınıb.

 

müxtəlif dərəcəli bədən xəsarətləri alan. 4 nəfər Zaqatala rayon sakini 1964-cü il təvəllüdlü İradə İspəndiyar qızı Məhərrəmova, Zaqatala rayon sakini, 1995-ci il təvəllüdlü Günel Oruc qızı Kazımova,  Zaqatala rayon sakini 1935-ci il təvəllüdlü Çiçək Məhərrəmova və Şəki rayon sakini 1967-ci il təvəllüdlü Əsli Ərşad qIzI Məmmədova Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan DİGƏR iki nəfər 1965-ci il təvəllüdlü Zaqatala rayon sakini Oruc Ramazan oğlu Məhərrəmov və 1961-ci il təvəllüdlü Ağadm rayon sakini Eldar Ərşad oğlu Quliyev  İSƏ xəstəxanaya getməkdən imtina ediblər hazırda xəstəxanada yaralıların müayinəsi aparılır. 

 

Faktla bağlı araşdırma aparılır.