• 13:54

Sabirabadda 2 gün öncə doğulan körpə qəfil vəfat edib

02 Dekabr 2019, 17:33

Sabirabadda 2 gün öncə doğulan körpə ötün gün axşam vəfat edib..Körpənin yaxıları onun ölümündə həkimləri günahlandırır..

 

Sabirabad rayon perinatal mərkəzində uşaq ölümü qeydə alınıb...Hamilə qadın rayonun Kürkəndi  kənd sakini 19 yaşlı Hurə Fətiyeva  doğum sancıları ilə xəstəxanaya müraciət edib..Həkimlər ilk öncə xəstəni normal doğuşa alsalar da, sonradan körpənin çəkisinin böyük olduğu nəzərə alınaraq xəstə əməliyyata alınıb..

 

Xəstə yaxınları qeyd edir ki, körpənin  ölümünə səbəb həkimlərin səhlənkarlığı olub..Onlar qeyd edir ki, həkimlər əvvəlcədən körpəni əməliyyatla götürsəydilər  ölüm halı baş verməyəcəkdi..İlkin olaraq həkimlər körpəni normal doğuşla dünyaya gətirmək istəsələrdə doğuş zamanı istifadə olunan doğum alətləri onun baş və qol nahiyəsindən zədələr almasına səbəb olub..

 

Sabirabad perinatal mərkəzin həkimləri isə qeyd edir ki, xəstə doğuşa  qədər perinatal mərkəzdə qeydiyyatda olmayıb..Körpənin ölümünə gəldikdə isə həkimlər səbəb kimi onun boğulmasını göstərirlər..

 

Xəsətnin yaxınları isə həkimlərin dediyinin əksinə olaraq, onlar Hamilə Hurə Fətiyevanın doğuşadan əvvəl dəfələrlə həkim müayinəsindən keçdiyini bildiriblər..

 

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır..