• 20:43

Yanvar hadisələrinin canlı şahidi olan Yevlax sakini

13 Yanvar 2020, 14:02

30 il öncə qanlı yanvar gecəsi o, hələ  2-ci kurs tələbəsiydi. Bəlkədə ağlına belə gətirməzdi ki, öz rahat gəzdiyi paytaxt şəhəri Bakıda, ona silah tuşlanacaq. Həmin silah ki, onu əlil, onunla bərabər yüzlərlə sakini isə şəhid edəcək. Amma bu xalqın iradəsini qıra bilmədi. Yevlax rayonunun Səmədabad kənd sakini Cahid Nəbiyev həmin gecə çiynindən güllə yarası alıb. 3-cü qrup əlil olan kənd sakini sağlamlığını itirsdə bu gün təəsüflənmədiyini deyir. 

 

Həmin illərdə 1 qız,1 oğulu tələbə olan Yevlaxın Səmədabad kənd sakini Mehman Nəbiyev xəbəri radioda eşidib daha da həyacanlanıb. Tələbə oğlunun yaralanmasını isə digər övladı ona bildirib. Ata dərhal paytaxta yola düşərək Mehmanı ölümün caynağından xilas edib.

Yevlax sakini Cahid Nəbiyev deyir ki, yanvarın 20-si matəm günü kimi deyil, xalqımızın qəhrəmanlıq günü kimi qeyd edilməlidir. Çünki bugünkü azadlığımız məhz həmin şəhidlərin qanı bahasına qazanılıb.