• 06:29

Salyanda kütləvi dava zamanı 2 nəfər bıçaqlanıb

14 Yanvar 2020, 16:14

Salyanda bıçaqlanma hadisəsi baş verib.

 

İnterAz xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan şəhəri Zeynalabdin Tağıyev küçəsindəki parkda qeydə alınıb. Belə ki, kütləvi dava zamanı rayonun Bəydili kənd sakini, 1994-cü il təvəllüdlü Tərlan Əhmədağa oğlu Qasımov və onun dostu Aşağı Kürkənd kənd sakini, 1995-ci il təvəllüdlü Təhmasib İbad oğlu Şirəliyev tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılar cərrahiyyə şöbəsində əməliyyat olunaraq xəstəxanaya yerləşdirilib.

 

Tərlan Qasımovun dediyinə görə, marketlərdən bazarlıq etmək məqsədi ilə şəhərə gəlib. Parkın yaxınlığından keçərkən dostu Təhmasib Şirəliyevin tanımadığı 5-6 nəfər tərəfindən döyüldüyünü görüb. Onları ayırmaq istəyərkən bu hadisə baş verib.

 

Faktla bağlı araşdırma aparılır.