• 20:24

Balakəndə sistem vurulduqdan sonra 10 yaşlı uşaq dünyasını dəyişib

14 Yanvar 2020, 16:22

Balakəndə məktəbli dünyasını dəyişib.

 

İnterAz xəbər verir ki, hadisə yanvarın 13-ü Balakən şəhərində qeydə alınıb. Şəhər sakini, 10 yaşlı Turan Tural oğlu Mahatov bir neçə gün əvvəl soyuqdəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada T. Mahatov müayinə edilib və ona sistem köçürülüb.

 

Sistemdən sonra T. Mahatovun ürək döyüntüləri artmağa başlayıb. Onun vəziyyəti pisləşdiyi üçün təcili Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq qərarı verilib. 10 yaşlı Turan Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Aparılan müdaxilələrə baxmayaraq T. Mahatov Şəki RMX-da vəfat edib.

 

Qeyd edək ki, Turan Mahatov 3-cü sinif şagirdi olub.