• 17:32

“20 Yanvar” metro stansiyasında hüzn və şərəf dolu bir tarix xatırlanıb

17 Yanvar 2020, 15:22

Tariximizin qanlı səhifələrindən olan 1990-cı il 20 yanvar gecəsi Bakı metropolitenində böyük ehtiram və dərion hüznlə yad edilib. Qanlı tarixin 30-cu ildönümü ərəfəsində Bakı MEtropoliteni QSC və Azərbaycan Fotoqraflar Birliyinin təşəbbüsü ilə 20 yanvar stansiyasında foto sərgi təşkil edilib. Foto-sərgidə həmin qanlı gecədə baş vermiş faicələri kadrlara həkke tmiş fotoqrafarın 50-dək əsəri nümayiş olunub.

 

Tədbirdə iştirak edən, "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov 20 yanvar tarixinin xalqımızın yaddaşında 30 ildir yaşayan, qanla yazılmış, yaxın keçmişimizin unudulması mümkünsüz olan, mahiyyəti ildən ilə daha aydın dərk edilən acı, həm də şərəf, qürur doğuran reallığı olduğunu bildirib. 

 

 

Azərbaycan Fotoqraflar birliyinin idarə heyyətinin sədri Mirnaib Həsənoğlu  birliyin arxivində yer alan foto-əsərlərin ictimaiyyətə bu sərgi vasitəsilə təqdim olunmasının əhəmiyyətini dərk edərək, onu vətən azadlığı, torpaqların azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhuna ehtiram nümunəsi kimi dəyərləndirib. 

 

Tədbir iştirakçıları həmin gecə metropolitenin fəaliyyəti barədə həqiqətləri sübhədək arasından çəkilməyən, həm də insanlara mənəvi dəstəyini də əsirgəməyən qatar maşinistləri Cahil Həsənov, Akif Rəhimovun da dilindən eşidiblər.

 

Onu da qeyd edək ki, Sərgidə həmin dövrdə “20 Yanvar” hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsini təmin edən xalqın xilaskarı ümummilli lider Heydər Əliyevin Şəhidlər xiyabanında çəkilmiş nadir fotoları nümayiş etdirilib.

 

 Sonda onu da qeyd edək ki, sərgi 4 gün davam edəcək.