• 20:57

Kürdəmirdə həmkəndlilərinin qoyunlarını oğurlayan şəxslər saxlanılıb

17 Yanvar 2020, 16:55

Kürdəmirdə xırdabuynuzlu heyvan oğurlayan şəxslər tutulub. 

 

İnterAz xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb. Kənd sakinləri Quliyev Rövşən Siyavuş oğlu və Əkbərova Yaxşı Mərfəddin qızı polisə müraciət edərək, onlara məxsus ümumilikdə 10 baş qoyunun oğurlandığını bildiriblər. Əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluğu törədənlər həmkəndliləri olub. Əvvəllər məhkum olmuş Heydərov İlqar Eldar oğlu Qəmbərli Elmir Ənvər oğlu əvvəlcədən əlbir olaraq, bu əməli törədib. Saxlanılan hər iki şəxs ilkin dirdirmə zamanı etdikləri oğurluq əməlini etiraf edib. 

 

 

Onlar oğurladıqları qoyunları Bakı şəhərinə apararaq, müxtəlif qəssablara satıb və mənfəət əldə ediblər. Ümumilikdə zərərçəkənlərə 2 min manatdan çox ziyan dəyib.